Prezidentin korteji piyadanı öldürdü

Dağıstanın başçısı Ramazan Əbdülətipovun maşını yolu keçən piyadanı vuraraq öldürüb. Anspress-in məlumatına görə, hadisə respublikanın başçısının şəhərkənarı iqamətgahına getdiyi yolda "Anjı-Arena" futbol stadionunun yaxınlığında baş verib. Olay zamanı Ramazan Əbdülətipov avtomobildə olmayıb. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, kortej hərəkətdə olarkən yola gözlənilmədən çıxan piyadaya sürücü reaksiya verməyə vaxt tapmayıb. Toqquşma nəticəsində alınmış yaralardan piyada yerindəcə ölüb. Hüquq-mühafizə orqanlarından olan mənbələr bildirib ki, kişi təyin olunmamış yerdən yolu keçirmiş. Bir az sonra ölənin 1974-ci il təvəllüdlü Sarafanov.O.M. olduğu müəyyənləşib.
Qeyd edək ki, Ramazan Əbdülətipov 2013-cü ilin yanvar ayından Dağıstana başçılıq edir. O vaxt Rusiya prezidenti vaxtından əvvəl Maqomedsalam Məhəmmədovu istefaya göndərmişdi. Həmin il sentyabrın 8-də Dağıstan parlamenti Əbdülətipovu vəzifəyə təsdiq edib. Onun namizədliyinə Xalq məclisinin 88 deputatından 86-ı səs verib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












