Banner

Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO

Qəzalar 28 Oktyabr 2026 21:25
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə olun

Gənclikdə Əhməd bəy Ağaoğlu və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində qəza baş verib.

Avtosfer.az xəbər verir ki, 77-JR-O65 nömrə nişanlı “Zhong-Tong” markalı avtobusla 99-NG-007 nömrəli “Jetour” markalı minik avtomobili toqquşub.

Şahidlərin bildirdiyinə görə, hadisə “Jetour”un sürücüsünün Əhməd bəy Ağaoğlu küçəsində “Yol ver” nişanının tələbinə əməl etməməsi səbəbilə baş verib. Eyni zamanda “Jetour”un qadın sürücüsü hadisəyə görə avtobus sürücüsünü təhqir də edib.

Baş verən olayda xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Görüntüləri təqdim edirik: 

bax.tvhttps://player.bax.tv/embed/228303.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=sosial-xeberler

 

 

FOTO QALEREYA
Oxunub : 328
ŞƏRH YAZ
Ad

E-mail

Şərh