Qaxda AĞIR QƏZA: "Ford" və "Vaz" toqquşdu - Dörd nəfər öldü - FOTO - YENİLƏNİB

Avtosfer.az-ın məlumatına görə, qəzada ölənlərin sayı 4 nəfərə çatıb.
6 nəfər yaralının olduğu bildirilir.
Məlumata görə, onların müalicəsi Qax rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
Qaxda baş vermiş yol qəzasında xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, bununla qəzada dünyasını dəyişənlərin sayı 3 nəfərə çatıb.
***
20:53
Qaxda ağır yol qəzası olub, ölənlər və yaralananlar var.
Avtosfer.az xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Qəza zamanı bir-neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
(unikal)
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB















