Qaxda avtomobil üç piyadanı vurub
Qəzalar
7 İyul 2021 18:25

Qaxda minik maşını üç nəfəri vurub.
APA-nın məlumatına görə, hadisə iyulun 6-dan 7-nə keçən gecə rayonun İlisu kəndi ərazisində, Səngər bulağı adlanan ərazidə baş verib.
Rayon sakini Rəsul Məcidli idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə yolun kənarında dayanan 32 yaşlı Kənan Qocayevi, 29 yaşlı Elvin Bağırovu və 27 yaşlı Cavid Mahmudovu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara aşağı ətrafların sınığı diaqnozu qoyulub.
Xəstəxanada onlara lazımi tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1144
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
ŞƏRH YAZ












