Qaydanı pozan motosiklet sarı işıqda keçən avtobusa çırpıldı - VİDEO

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsinin videosu təhlükəsiz şəhər kamerasına qeyd olunub. Avtosfer.az xəbər verir ki, qəza hər iki sürücünün məsuliyyətsizliyi səbəbindən vaş verib.
Belə ki, motosiklet sürücüsü sola dönən zaman qarşıdan gələn avtobusa yol verməyib, avtobus sürücüsü isə svetoforun sarı işığında yolayrıcına daxil olub.
Videogörüntüdən aydın şəkildə görünür ki, motosiklet sürücüsü intizamsızlıq edərək öncə təhlükəsizlik adacığı ilə hərəkət edib, daha sonra isə qarşısını görmədiyi halda anidən yolayrıcına daxil olub.
Qeyd edək ki, bəzən motosiklet, moped və velosiped sürücüləri düşünürlər ki, haradan gəldi istədikləri kimi hərəkət edə bilərlər. Bu təbii ki, belə ola bilməz. Digər nəqliyyat vasitələrinin sürücüləri kimi, bu sürücülər də qaydalara uyğun hərəkət etməlidirlər. Qaydaları pozmaq videogörüntüdəki kimi bədbəxt hadisələrə yol aça bilər.
Könül Rauf
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












