Qazaxda mikroavtobusun aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bakı-Qazax avtomobil yolunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi dəqiqləşib.
Xəsarət alanlar- Qazax rayon sakinləri, İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, İbrahimxəlilova Mehriban Tahir qızı, İbrahimxəlilova Pənah Mehman oğlu, İbrahimxəlilov Yusif Tahir oğlu, İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilova Mədinə Mehman qızı. Qəza nəticəsində daha 2 nəfər və sürücü xəsarət alıb.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qazax rayon Aslanbəyli kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıda- Qazax xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus hərəkətdə olan zaman anidən avtomobilin təkəri partlayıb və idarəetmədən çıxaraq aşıb. Xəsarət alan və bir ailənin üzvləri olanlar isə rayonun Kəmərli kəndinə gedirmişlər.
***
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Aslanbəyli kənd yolunda qeydə alınıb.
Belə ki, avtomobil qəzası nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Hadisənin təfərrüatları araşdırılır.///report
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












