Qəbələdə 3 avtomobil qəzası: 6 nəfər xəsarət alıb

Qəbələ rayonunda 3 avtomobil qəzası baş verib, 6 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hər üç qəza Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Yolun 72-ci kilometrliyində Qəbələ rayonu Həmzəli kənd sakini, 1975-ci il təvəllüdlü Musayev İxtiyar Ağamoğlan oğlunun idarə etdiyi 99-GT-836 dövlət nömrə nişanlı, “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn Mirzəbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Əzizov Asif Zahid oğluna məxsus 10-HN 146 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində A. Əzizov və sərnişinləri - Qəbələ şəhər sakini, 1966-cı il təvəllüdlü Qasımova Sürəyya İsmayıl qızı və 1985-ci il təvəllüdlü Bayramov Valeh Səmistan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Digər avtomobil qəzası ilə yolun 91-ci kilometrliyində qeydə alınıb. Göyçay rayonu Kürdəmiş kənd sakini, 1991-ci il təvəllüdlü Bəhmənov Xəyal Fariz oğlunun idarə etdiyi 10-FP-327 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Xətai rayon sakini, 1962-ci il təvəllüdlü Məhərrəmov Nail Mustafa oğlunun idarə etdiyi H012733 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı maşınla toqquşub. Hadisə nəticəsində “VAZ 21011”-in sürücüsü xəsarət alıb.
Yolun 75-ci kilometrliyində isə Ağdaş rayonu Dəhnə kənd sakini, 1993-cü il təvəllüdlü Rəfi Həşimov idarə etdiyi 03-BG-630 dövlət nömrə nişanlı, “VAZ 2109” markalı maşınla Babək rayonu Cəhri kənd sakini, 1963-cü il təvəllüdlü Namaz Cəfərovun idarə etdiyi 90-GJ- 630 dövlət nömrə nişanlı, “Toyota” markalı maşın toqquşub. Hadisə zamanı “VAZ 2109”-un sürücüsü Rəfi Həşimov və sərnişini, 1993-cü il təvəllüdlü Tağıyev İsrail Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












