Qəza törətdi, dostları qoyub qaçdı - VİDEO - YENİLƏNİB

Bakıda yeniyetmənin törətdiyi qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı bildirilib ki, hadisə paytaxtın Nizami rayonu, K.Balakişiyev və Ə.Əzimzadə küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə zamanı ilkin məlumata görə, xəsarət alan olmayıb. Qəzanı törədən 99-XO-329 dövlət nömrə nişanlı KIA markalı avtomobilin sürücüsü və maşında olan sərnişinlər qəzadan sonra həmin ünvandan yayınıblar. Hadisəni törədən sürücünün şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.
***
Azərbaycanda yeniyetmə idarə etdiyi avtomobillə qəza törədib.
Avtosfer.az xəbər verir ki, idarəetməni itirən şəxs yolun səki hissəsinə çıxıb.
Bu zaman avtomobili görən piyadalar ətrafa qaçmağa başlayıblar.
Avtomobil işıq dirəyinə və bardürə çırpıldıqdan sonra dayanıb.
Qəzadan sonra nəqliyyat vasitəsindən düşən yeniyetmələr dərhal hadisə yerindən uzaqlaşıblar.
Yayılan görüntülərdə avtomobildən 6 nəfərin düşdüyü görünür.
(oxu.az)
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












