Qırğın gecəsi: yol qəzalarında 10 nəfər ölüb

Son sutka ərzində Azərbaycanın müxtəlif ərazilərində baş vermiş yol qəzalarında 10 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 20 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə həlak olan 10 nəfərdən başqa 21 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ən ağır qəzalar Ucar və Tərtər rayonlarında qeydə alınıb. Ucarda iki avtomobilin toqquşması nəticəsində bacı-qardaşın, Tərtərdə isə “Mercedes”in aşması sürücü ilə sərnişinin həlak olmasına səbəb olub. Bundan başqa Bakının Xəzər və Sabunçu rayonlarında piyadalar yüksək sürətlə hərəkət edən avtomobillərin qurbanı olub. Tovuz, Lənkəran, Abşeron və Şamaxı rayonlarında da yol qəzaları ölümlə nəticələnib. Hər bir faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












