Qusarda gecə ağır qəza - Yolda dayanan 3 nəfəri...

Qusarda gecə saatlarında baş verən qəzada 3 nəfər xəsarət alaraq xəstəxanaya düşüb.
Rayonun Gədəzeyxur kəndində kənd sakini Zaur İlahəddin oğlu Laçınovun idarə etdiyi "Vaz-21-07" markalı avtomobillə yolda dayanan 3 piyada vurulub.
Avtosfer.az xəbər verir ki, xəsarət alan İmamqulukənd sakinləri Tahir Qəhrəmanov, Həkim Yarəliyev və Əluxan Ağamuradov müxtəlif xəsarətlərlə Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılardan 56 yaşlı Tahir Qəhrəmanov cərrahiyyə, 65 yaşlı Həkim Yarəliyevlə Əlixan Ağamuradov isə reanimasiya şöbəsinə yerləşdiriliblər.
Piyadaların hadisə zamanı sərxoş halda yolda olduqları deyilir. Qusar rayon Mərkəzi Xəstəxanasının mətbuat xidmətinin rəhbəri Anjela Zalova yaralıların müalicəsinin davam etdirildiyini deyib.
Hadisə ilə bağlı Qusar rayon Polis Şöbəsunin istintaq bölməsində cinayət işi açılıb.
Bizim.Media
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO











