Qusarda "TikTok"a video çəkmək istəyən sürücü ölüb - ANBAAN VİDEO

Ötən gün Qusar rayonunda uğursuz dönmə əməliyyatı edən sürücü ağır qəzaya səbəb olub və nəticədə həyatını itirib. Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Qeyd edilib ki, onun bu hərəkətini dostları "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün çəkirmişlər.
Hadisə ilə bağlı Oxu.az Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanlayıb.
İdarənin İctimai Qurumlarla Əlaqə Şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev faktı təsdiqləyib.
Onun sözlərinə görə, hadisə ötən gün saat 12 radələrində Qusar rayonu, Əcəxuroba kəndi ərazisində baş verib:
"Quba rayon sakini Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə Düztahir kənd sakini Albert Xaspoladovun idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub. Qəza nəticəsində 29 yaşlı Albert Xaspoladov hadisə yerində həyatını itirib. İlkin ehtimala görə, hadisəyə səbəb VAZ avtomobilinin sürücüsünün kobud qayda pozuntularına yol verərək yük avtomobilinin yoluna çıxması olub. Əraziyə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır".
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə və bu kimi ağır yol-nəqliyyat hadisələrindən düzgün nəticə çıxarmağa çağırır",- deyə qurum rəsmisi vurğulayıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












