Rusiyada minik maşını ilə yük qatarı toqquşub, 4 nəfər ölüb

Qəzalar 28 Noyabr 2020 08:46 Oxunub 642
Rusiyada minik maşını ilə yük qatarı toqquşub, 4 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cümə günü Rusiyanın Krasnodar Diyarında 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Ust-Labinsk bölgəsində baş verib.

Regional Əməliyyat xidmətinin məlumatına görə, dəmir yolu keçidində yük qatarı ilə “Lada Priora” markalı minik maşını toqquşub. 

Avtomobilin sürücüsü və üç sərnişin hadisə yerində dünyasını dəyişib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış iki cəsədi yararsız hala düşmüş avtomobildən çıxarıb.

Qəzanın səbəbi araşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh