Rusiyada qubernatorun 16 yaşlı oğlu qəzada öldü - FOTOLAR

Rusiyada Saratov əyalətinin qubernatoru Roman Busarqinin 16 yaşlı oğlu yol qəzasında ölüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 22-də Sokolov küçəsində baş verib.
Məlumata görə, 20 yaşlı sürücünün idarə etdiyi “Lada Granta” markalı minik avtomobili idarəetmədən çıxaraq park vəziyyətində olan “MAN” marklı yük maşınına arxadan çırpılıb.
Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayaraq başqa bir ağ rəngli “Lada Granta”ya dəyib.
Nəticədə “Lada”nın ön sərnişin kreslosunda əyləşən onunucu sinif şagiridi olan İvan və arxada oturacaqda əyləşən daha bir sərnişin ölüblər, sürücü isə qəzadan xəsarət almadan xilas olub. Ağ rəngli “Granta”nın 25 yaşlı sərnişini xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev




Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












