Sabirabadda ağır qəza: 2 ölü, 5 yaralı
Qəzalar
8 Avqust 2014 11:41

Sabirabadda 2 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 18.00 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində “Toyota-Prado” markalı 90 KP 014 dövlət nömrə nişanlı avtomobillə VAZ 21014 markalı M 569 MP 123 RUS dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Hadisə nəticəsində VAZ 21014 markalı avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Saatlı rayon sakini Abbasov Oktay Əsgər oğlu hadisə yerində ölüb, Bakı sakini 1952-ci il təvəllüdlü Surxayev Zakir Səlim oğlu isə xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib, digər sərnişinlər - Biləsuvar 2-ci qəsəbə sakini 1976-cı il təvəllüdlü Həşimova Xalidə Balaca qızı, Bakı sakini 1952-ci il təvəllüdlü Səmədov Allahverdi Cəmil oğlu, Biləsuvar 2-ci qəsəbə sakini 2002-ci il təvəllüdlü Həşimov Tural Qədir oğlu, Bakı sakini 1959-cu il təvəllüdlü Səmədov Xalıqverdi Cəmil oğlu və Bakı sakini 1952-ci il təvəllüdlü Rüstəmova Sədaqət Fikrət qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Oxunub : 2044
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












