Sabirabadda “QAZel” aşıb, sürücü xəsarət alıb

Qəzalar 18 Sentyabr 2021 19:11 Oxunub 3364
Sabirabadda “QAZel” aşıb, sürücü xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabirabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, rayonun Zəngənə kənd sakini, 1982-ci il təvəllüdlü Süleymanov Raqif Fərhad oğlu “QAZel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh