Salyanda "Prado" "06" ilə toqquşdu; ölənlər və xəsarət alanlar var - ADLAR - FOTO - VİDEO

Qəzalar 20 İyul 2026 18:54
Salyanda "Prado" "06" ilə toqquşdu; ölənlər və xəsarət alanlar var - ADLAR - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı dörd nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəzada xəsarət alan rayonun Şorsulu kənd sakini Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib. Faktla bağlı araşdırma aparılır.

***

Salyanda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ölənlər rayonun Şorsulu kənd sakinləri, Əhmədov Elnur Faiq oğlu, 1987-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu və 1963-cü il təvəllüdlü Qasımov Nizami Həsənağa oğludur. Yaralılar 2003-cü il təvəllüdlü Hümbətov Əlifağa Elsevər oğlu, 2001-ci il təvəllüdlü Məmmədova Rəhmiyyə Rəhman qızı və 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğludur.

***

Salyanda baş verən qəzada ölənlərin sayı üç nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb. Xəstəxanaya çatdırılan yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib. Daha əvvəl iki nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilib. Faktla bağlı araşdırma aparılır.

***

Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

FOTO QALEREYA
Oxunub : 862
ŞƏRH YAZ
Ad

E-mail

Şərh