Şamaxı, Zaqatala və Abşeronda yol qəzaları - ölənlər var - VİDEO

Şamaxıda ağır yol qəzası baş verib.
Bakı sakini 32 yaşlı Emil Əkbərli idarə etdiyi avtomobili dərəyə aşırıb. Nəticədə sürücünün həyat yoldaşı Suğra Əkbərli və 2 yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər. Ananı xilas etmək mümkün olmayıb, uşağın vəziyyəti isə qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Zaqatalada isə minik avtomobili velosipedçini vurub. Hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 28 yaşlı Elvin Ömərov idərə etdiyi minik avtomobili ilə volosipedlə hərəkətdə olan rayonun Muğanlı kənd sakini 50 yaşlı Səlim Əhmədovu vurub.
Velosipedçi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Abşeronda isə yolu keçmək istəyən piyada vurulub. Hadisə Bakı-Şamaxı yolunun rayon ərazisinə düşən hissəsində qeydə alınıb. Yolu keçən Nübar qəsəbə sakini, 63 yaşlı Gülayə Cavadini avtomobil vurub. Qadın elə hadisə yerində dünyasını dəyişib. Sürücünün hadisə yerindən qaçdığı iddia edilir.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO











