Şamaxıda «Niva» öz-özünə hərəkət edib iki qadını əzdi

Şamaxı rayonunda yol qəzası baş verib. Şamaxı sakini “Niva” markalı minik maşınını şəhərin hündür ərazidə yerləşən küçənin yuxarı hissəsində saxlayıb. Dağlıq ərazidə olan küçənin yuxarısında düzgün saxlanılmayan avtomobil qəflətən aşağıya doğru hərəkət etməyə başlayıb. Avtomobil sahibi küçənin aşağısına doğru axıb gedən avtomobilin arxasınca qaçsa da, ona çata bilməyib. Sürətlə küçənin aşağısına doğru hərəkət edən maşın yolun kənarında söhbət edən iki qonşu qadının üstündən keçib.
Məlumata görə, Şamaxı şəhərinin Qurban Namazəliyev küçəsi ev 52 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Şahməmmədova Şövkət Seyid qızı və onun qonşusu olan 54 yaşlı Abdulhəşimova Qızılgül İzir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












