Şəkidə AĞIR QƏZA: 5 nəfər xəsarət aldı

Şəkidə baş verən yol qəzasında üçü bir ailənin üzvü olmaqla beş nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə gecə saat 01 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
1993-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Elvin Mikayıl oğlu Abdullayev idarə etdiyi minik avtomobili ilə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı binaya çırpıb.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü E. Abdullayev, anası 1968-ci il təvəllüdlü Gülarə Öysət qızı Abdullayeva, həyat yoldaşı 2002-ci il təvəllüdlü Mətanət Hüseyn qızı Abdullayeva, daha iki nəfər yaxın qohumu 1961-ci il təvəllüdlü Raziyyat Məhəmməd qızı Abdullayeva və 1986-cı il təvəllüdlü Şəhanə Arzuman qızı Abdullayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Əldə olunan məlumata görə, yaralılar Şəki RMX-da müayində olunduqdan sonra xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
(apa)
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












