Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb - FOTO

Qəzalar 26 İyul 2026 09:42
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb - FOTO
WhatsApp kanalımıza abunə olun

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə iyulun 25-də saat 22:00 radələrində rayonun Baş Göynük kəndi ərazisində baş verib.

Belə ki, Fərhad Qürbətli idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən piyadalar - 2002-ci il təvəllüdlü Mahir Teyibov və 1998 təvəllüdlü Şahin Tahirovu vurub. Nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

FOTO QALEREYA
Oxunub : 260
ŞƏRH YAZ
Ad

E-mail

Şərh