Rusiya benzinlə bağlı qadağanın vaxtını uzatdı

Rusiya hökuməti benzin ixracına tətbiq olunan qadağanın müddətini 2026-cı ilin sonunadək uzatmaq qərarına gəlib.
Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qərar həm benzin istehsalçılarına, həm də qeyri-istehsalçılara şamil olunacaq.
"Benzinin ixracına qoyulan qadağa ilə bağlı qərar qəbul etdik. Qadağa həm istehsalçılar, həm də qeyri-istehsalçılar üçün ilin sonunadək qüvvədə qalacaq", – deyə Novak bildirib.
Novak əlavə edib ki, dizel yanacağının ixracına tətbiq edilən məhdudiyyət isə daxili bazarda vəziyyət normallaşdıqca mərhələli şəkildə ləğv olunacaq. Onun sözlərinə görə, bu addım neft emalı zavodlarında artıq ehtiyatların yaranmasının və emal həcmlərinin azalmasının qarşısını almağa xidmət edir.
Baş nazirin müavini bildirib ki, son aylarda Rusiyada logistika zəncirində baş verən dəyişikliklər səbəbindən bəzi bölgələrdə yanacaq tədarükündə fasilələr yaranıb. Hökumət daxili bazarı sabitləşdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirib və bu çərçivədə benzinlə yanaşı dizel yanacağının ixracına da müvəqqəti məhdudiyyət tətbiq olunub. Hazırkı qadağanın müddəti iyulun 31-də başa çatmalı idi.
Xırdalan və Sumqayıta metro xətti çəkiləcək
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Qubada qırıcımızın havaya qaldırılmasının səbəbi bilindi - Yeni açıqlama
Skuterlə avtobusa minmək olar?
Motosiklet sürücülərinin qayda pozmalarının qarşısı necə alına bilər? - EKSPERT
Velosiped zolaqlarında təhlükənin qarşısı necə alınmalıdır? – TƏKLİF
Gürcüstandakı “insan mərkəzli küçə” nümunəsi Bakıya gətirilə bilər? - FOTO
Slovakiya Azərbaycana nəqliyyat sahəsində əlaqələri artırmağa kömək edə bilər - İQTİSADÇI
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA










