Salyanda itkin düşən çobanın anası dəhşətli təfərrüatı AÇIQLADI - VİDEO

Salyan rayonunda 26 yaşlı çobanın qoyun-quzu ilə birlikdə yoxa çıxması ilə bağlı yeni təfərrüat üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, itkin düşən şəxsin anası Baku TV-yə bildirib ki, oğlu ilə sonuncu dəfə səhər saatlarında görüntülü danışıb:
"Onunla saat 10-a qalmış görüntülü danışdıq. Həmişəki kimi zarafatlaşdıq, güldük. Saat 2-yə qalmış telefonuna zəng çatırdı, interneti də açıq idi, amma cavab vermirdi. Adətən axşam saat 7-8 radələrində heyvanları gətirirdi. Zəng etdim, ancaq cavab vermədi. Sonra heyvanların qarşısına çıxmaq üçün yol kənarı ilə getdim. Sürünün içində bir ulağımız da var. Gördüm ki, ulaqla it tək gəlir, heyvanlar isə yoxdur. Kollektorların kənarında oğlumu çağıraraq axtardım, amma səsimə cavab verən olmadı. Geri qayıdanda həyat yoldaşımla rastlaşdım. Düşündük ki, bəlkə, kanalda və ya göldə çimərkən başına bir iş gəlib. Amma belə olsaydı, heyvanlar ətrafa dağılardı. Atası səhərə qədər onu axtardı. Oğlumla birlikdə 85 baş heyvan, iki it var idi. Heç kim onun harada olduğunu demədi. Axşam isə xəbər gəldi ki, heyvanlar Bakıya aparılıb və orada satışa çıxarılıb. Heyvanları maşınla aparan şəxsi tapıb danışdırdıq, oğlumun şəklini göstərdik. O isə gördüyü şəxsin mənim oğlum olmadığını, başqa bir adam olduğunu dedi. Görənlərdən və məlumatı olanlardan bir valideyn kimi xahiş edirəm, balam barədə bizə xəbər versinlər".
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.
***
"Heyvanları qonşunun oğlu ilə birgə aparıb Xırdalanda satıb". Avtosfer.az xəbər verir ki, bu sözləri İctimai TV-ə Salyanda 84 baş qoyunla birgə yoxa çıxan çobanın işlədiyi təsərrüfatın sahibi İlkin Rüstəmov deyib. İ.Rüstəmov qoyunlarının 72-ni geri qaytara bildiyini qeyd edib. "Qoyunlarımı satdığı yeri tapdım, getdim 72-ni alıb gəldim. Satdığı şəxs məndən pul istədi, dedim pulu kimə vermisənsə, get ondan al", - deyə, o qeyd edib. Çoban Ramiz Rüstəmovun yaxınları bu hadisənin ilk dəfə başlarına gəlmədiyini deyiblər. Bildirilib ki, Ramiz daha əvvəl bir-neçə dəfə də eyni hadisəni törədib, sonra isə evinə qayıdıb, amma hazırda 3-4 gündür ki, ondan xəbər yoxdur.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












