Sərnişin avtobusu dərəyə aşdı: 25 nəfər ölüb - FOTO
Qəzalar
17 İyul 2024 21:18

Peruda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az RPP.pe portalına istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Ayakuço bölgəsində qeydə alınıb.
Məlumata görə, “Empresa Turismo Molina Union SAC” şirkətinə məxsus avtobus hərəkətdə olan zaman sürücünün sükan idarəetməsini itirməsi səbəbindən yoldan çıxaraq təxminən 200 metr dərinlikdəki dərəyə düşüb.
Nəticədə 25 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Bildirilir ki, avtobusda təxminən 40 sərnişin olub.
Qəza yerinə yerli səhiyyə müəssisələrindən, Yanğından Mühafizə Xidmətindən və Polis Səhiyyə Xidmətindən beş təcili yardım maşını cəlb edilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Namiq Musayev

Oxunub : 1300
DİGƏR XƏBƏRLƏR
20 Noyabr 2026 18:00
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 16:18
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
20 Noyabr 2026 16:15
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
20 Noyabr 2026 13:30
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
20 Noyabr 2026 12:36
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
20 Noyabr 2026 12:03
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
20 Noyabr 2026 09:30
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
19 Noyabr 2026 15:11
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
19 Noyabr 2026 14:11
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
19 Noyabr 2026 13:30
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
19 Noyabr 2026 12:36
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
19 Noyabr 2026 09:39
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
ŞƏRH YAZ












