Şirvanda iki "VAZ" toqquşub: qadın ağır xəsarət alıb

Qəzalar 24 Sentyabr 2021 10:00
Şirvanda iki "VAZ" toqquşub: qadın ağır xəsarət alıb
WhatsApp kanalımıza abunə olun

Şirvanda qəza baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 21011” və “VAZ 2106” markalı avtomobillər işıqforda toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişin, Şirvan sakini, 1995-ci il təvəllüdlü Qarayeva Xəyalə İmdad qızı ağır xəsarət alıb.

Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 648
ŞƏRH YAZ
Ad

E-mail

Şərh