Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi - VİDEO

"Bu gün səhər saat 7 radələrində Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib".
Avtosfer.az xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqların edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur.
"Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır. Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir. Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın. Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil", - deyə şöbə rəisi qeyd edib.
Bakıda "Hyundai" "Mercedes"ə çırpıldı - Sürücü öldü
Bakı-Qazax yolunda ağır QƏZA - AVTOBUS AŞDI - VİDEO
Qubada AĞIR QƏZA: Ölən var - YENİLƏNİB
Qazaxda AĞIR QƏZA: İki qardaş...- FOTO - YENİLƏNİB
Şahbuzda ağır qəza - 3 ölü, 9 yaralı var
Aydında polis avtomobili ilə minik maşını toqquşub: İki yaralı - FOTO
Badamdar şosesində “Prius” bordürdən-bordürə çırpıldı - ANBAAN VİDEO
Skuter sürücüləri ilə bağlı təhlükəli görüntülər YAYILDI - DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Yanacaq daşıyan avtomobil qəza törətdi - FOTO - VİDEO
Özəl klinikanın ambulansı qəzaya düşdü - VİDEO
32 ton tutumu olan maşına 66 ton yük yığdılar - Yol polisi SAXLADI - VİDEO










