“Superjet 100” ekipajla birgə qəzaya uğrayıb

“Superjet 100” təyyarəsi Moskva vilayətinin Kolomensk rayonunda qəzaya uğrayıb. O, Luxovitsı yaxınlığındakı aviazavoddan Vnukovoya uçurmuş.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, təyyarənin göyərtəsində olan üç nəfərdən ibarət ekipaj üzvlərinin hamısı həlak olub.
Təyyarə yerə düşməzdən əvvəl bir saatdan çox havada olub.
Fövqəladə hadisə planlı təmirdən sonra həyata keçirilən sınaq uçuşu zamanı baş verib.
Əməliyyat xidmətindən verilən məlumata görə, təyyarə “Qazprom”a məxsusdur. Onun istehsal ili 2014-cü ilə aiddir.
Qəzanın istintaqı ilə Dövlət Aviasiya Komitəsi (DAK) məşğul olacaq.
Əməliyyat xidməti həlak olanların “Qrajdanskiye samolyotı Suxoqo” (“Mülki quru təyyarələri”) şirkətinin pilotları olduğunu açıqlayıb. Təyyarə Jukovski hava limanından havaya qalxıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, fəlakətin başqa qurbanları yoxdur.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












