Tesla avtopilotunun iştirakı ilə növbəti yol qəzası olub

ABŞ-da Tesla elektromobilinin iştirakı ilə növbəti yol-nəqliyyat qəzası baş verib. Bu dəfə hadisə Florida ştatının Orlando şəhərində baş verib. Məlumata əsasən yol polisləri öz avtomobillərini yol kənarında saxlamışdılar ki, avtomobilində nasazlıq yaranmış vətəndaşa yardım etsinlər. Müəyyən müddətdən sonra isə polis avtomobilinin sol hissəsinə Tesla elektromobili dəyib. Lakin qəzanın baş verməsindən sonra Tesla elektromobili öz hərəkətini dayandırmayıb və adi vətəndaşın nasaz avtomobilinə də dəyib. Baş vermiş yol-nəqliyyat qəzası nəticəsində Tesla-nın sürücüsü və avtomobili nasaz olmuş şəxs yüngül travmalar əldə ediblər. Polislər zərər çəkməyiblər.
Hadisənin günahkarı olan Tesla sürücüsü bütün günahı elektromobilin avtopilot sisteminin üzərinə atır. Lakin onun sözlərini hələ ki, nə sübut nə də ki, təkzib etmək mümkün deyil. Adətən bu cür hadisələrin sonunda sürücülər bütün günahı avtopilot sisteminin üzərinə atırlar. Lakin bir çox halda sonradan məlum olur ki, əslində günah sürücünün özündə olub.
Qeyd etmək lazımdır ki, Tesla dəfələrlə qeyd edib ki, onun elektromobillərində olan avtopilot sistemi 5-ci səviyyəli avtopilot sistemi deyil. Buna görə də avtopilot sisteminin aktiv olduğu halında da sürücülər yola nəzarət etməli və əllərini elektromobil sükanından ayırmamalıdırlar.///technote
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ












