Tovuzda "07" mikroavtobusla toqquşub, ölən və yaralılar var - FOTO

Tovuz şəhərində bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, rayon ərazisində yol nəqliyyat hadisəsi baş verməsi, 2 nəfərin xəsarət alması, bir nəfərin dünyasını dəyişməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub. Araşdırmalar nəticəsində məlum olub ki, "Vaz 2107" markalı avtomobil "Mercedes" markalı mikroavtobus ilə toqquşub, hadisə nəticəsində 07-də olan, sərnişin, 1976-cı il təvəllüdlü, Bayramlı kənd sakini Asif Alıyev dünyasını dəyişib, digər sərnişinlər, 2001-ci il təvəllüdlü Mansur Alıyev və həmkəndlisi, 1981-ci il təvəllüdlü Bayram İsgəndərov müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edim ki, mikroavtobusda sərnişin olmayıb və sürücüsü xəsarət almayıb
Faktla bağlı araşdırma aparılır.
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO













