Toya saatlar qalmış bəy və gəlin qəzaya düşdü: 5 nəfər xəsarət alıb - FOTOLAR

Türkiyənin Kocaeli bölgəsində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Körfəz rayonunda qeydə alınıb.
Məlumata görə, içərisində 6 nəfərin olduğu “Hyundai” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol ayrıcındakı səkiyə çırpılıb.
Nəticədə bəy və daha 4 nəfər xəsarətlər alıb, gəlin isə qəzadan yaralanmadan xilas olub.
Ətrafdakıların çağrışı ilə hadisə yerinə polis, təcili tibbi yardım və xilasedicilər gəliblər.
Yaralılar, ambulanslarla müayinə üçün xəstəxanaya aparılıblar.
Bildirilir ki, bəy və gəlinin axşam saatlarında toyları olacaq və onlar fotosesiya üçün gedirlərmiş.
Qəzadan sonra onlar başqa bir avtomobillə şəkil çəkdirməyə gediblər.
Namiq Musayev




Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












