Banner

"Toyota Land Cruiser" aşdı: İki nəfər həyatını itirdi

Qəzalar 12 Noyabr 2026 09:18
"Toyota Land Cruiser" aşdı: İki nəfər həyatını itirdi
WhatsApp kanalımıza abunə olun

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Qılıncbəyli kəndində qeydə alınıb.

Belə ki, "Toyota Land Cruiser" markalı avtomobilin aşması nəticəsində kənd sakinləri - 1995-ci il təvəllüdlü Elgün Abbasov və onun həmyaşıdı Eşqin Abbasov həyatını itiriblər. Daha bir nəfər isə xəsarət alıb.

Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 236
ŞƏRH YAZ
Ad

E-mail

Şərh