Traktor «Jiquli»ni parça-parça etdi - FOTOLAR

Dünən gecə saatlarında Zaqatalada ağır yol qəzası baş verib. ANS press-in verdiyi məlumata görə, ölümlə nəticələnən yol qəzası Zaqatala-Qax yolunun 8-ci kilometrliyində, Muxax kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 20 yaşlı Zaqatala rayonu Aşağı Tala kənd sakini Azər İsayev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməlini düzgün yerinə yetirməyib. Nəticədə idarəetməni itirərək maşını eyni istiqamətdə hərəkətdə olan 21 yaşlı Qax rayonu Çüdüllü kənd sakini Mahmud Məmmədovun idarə etdiyi içərisi quru ot bağlamaları ilə dolu qoşqulu traktora çırpıb. Baş vermiş qəza nəticəsində sürücü Azər İsayev, onun sərnişinləri Zaqatala rayonu Aşağı Tala kənd sakinləri 22 yaşlı Həmzə Həmzəyev, 20 yaşlı Müseyif Şabanov, Zaqatala rayonu Donbabinə kənd sakini 20 yaşlı Rəşad Mollaçıyev və traktorun sürücüsü Mahmud Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Rəşad Mollaçıyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Xəstəxanaya daxil olan digər yaralılardan Azər İsayevin vəziyyəti ağır, Həmzə Həmzəyev, Müseyif Şabanov və Mahmud Məmmədovun vəziyyəti isə orta-ağır hesab edilir. Fakla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO


















