Ucarda ağır qəza: Ölən və yaralananlar var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
15:56
***
Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisənin baş verməsinə səbəb KIA markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub.
Qəza nəticəsində bir nəfər - sürücünün həyat yoldaşı hadisə yerindəcə həyatını itirib.
Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev Oxu.Az-ın faktı təsdiqlədi.
Onun sözlərinə görə, hadisə Bakı-Qazax yolunun 213-cü km-də baş verib:
"KIA markalı 99-XK-874 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək maşını beton baryerlərə vurub. Hadisə nəticəsində avtomobildə olan sürücü və bir sərnişin xəsarət alıb, digər xanım sərnişin isə dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır".
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB













