Velosipedçini vurub 20 metr kənara atdılar

Ötən gün axşam saatlarında Cəlilabad rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Anspress-ə verilən məlumata görə, rayonun H.Əliyev prospektində Seyrəngah adlanan itirahət parkın qarşısında qeydə alınıb. Belə ki, Müslüm Miraqil oglu Vəliyev sükanı arxasında oldugu “Mercedes” markalı minik avtomobililə hərəkətdə olarkən həmin istiqamətdə yolu keçmək istəyən velosipedçi 17 yaşlı Elməddin Elçin oglu Quliyevi vurub. Qəzanın təsirindən velosepedçi 20 metr yolun kənarına düşüb. Yaralı dərhal Cəlilıabad Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan paytaxta göndərilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya “Mercedes”in sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












