“Volkswagen” dirəyə çırpılıb: bir nəfər ölüb, 2 nəfər yaralanıb
Qəzalar
11 İyul 2014 13:13

Hadisənin dəqiq səbəbi hələki məlum deyil
Gecə saatlarında Bakıda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. “Volkswagen” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb. Bundan sonra maşın aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin 49 yaşlı Məhərrəm Əsgərov dünyasını dəyişib, daha iki sərnişin - 50 yaşlı Maya Şirəliyeva və 62 yaşlı Rasim Əliyev müxtəlif dərəcəli bədən xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. Hadisənin dəqiq səbəbi hələki məlum deyil. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub : 2367
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












