Xızıda naməlum piyadanı maşın vurub öldürdü; POLİS YAXINLARINI AXTARIR - VİDEO

Bakı-Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Şimal Regional Qrupundan məlumat verilib.
Qeyd olunub ki, hadisə fevral ayının 11-də saat 22:30-da baş verib.
"Naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçən təqribən 60-65 yaşlarında kişi cinsli piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Aparılan araşdırmalar zamanı mərhumun üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd aşkar edilməyib. Onun sol əlinin üzərində kiril əlifbası ilə "Süleyman" sözü yazılmış döymə olduğu müəyyən edilib. Həmin şəxsin ərazidə kameraya düşmüş görüntüləri də mövcuddur.
Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı məlumatı olan, yaxud mərhumun şəxsiyyətini tanıyan şəxslərdən xahiş olunur ki, 023-31-50-131, +994 55 210 73 73 şəhər və mobil nömrələrinə, həmçinin 102 xidmətinə məlumat versinlər", - deyə məlumatda bildirilir.
Salyanda AĞIR QƏZA: Ölən və yaralanan var - YENİLƏNİB
Vəsiqəsi olmayan gənc sükan arxasına keçdi; qəza törədib ÖLDÜ - VİDEO
Qırmızıdan keçən şagirdləri maşın vurdu – İki yaralı - VİDEO
İdarəetmədən çıxan “Opel” bir neçə dəfə aşaraq səkiyə çıxdı - VİDEO
Sarayda AĞIR QƏZA: ÖLƏN var
Gəncədə ağır yol qəzasında 11 nəfər yaralanıb - ADLAR
Masallıda qəza - Ölən var - FOTO
Azərbaycanda AĞIR QƏZA- GÖRÜNTÜLƏR - VİDEO
Bir qəzadan yayınıb, digərinə tuş gəldi - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza oldu - Tıxac yarandı - VİDEO
Atasının maşınını qaçıran uşaq zəncirvari qəza törətdi - 4 maşın… - FOTOLAR










