Yanıb kül olan 250 minlik maşının əsl sahibi bəlli oldu – ÖZƏL

Mayın 10-da səhər saatlarında Bakıda yanıb külə dönən «Maserati» markalı avtomobilin əsl sahibi məlum olub. Virtualaz.org saytı avromobilin sahibinin azərbaycanlı oliqarx, «Baghlan Group» şirkətlər qrupunun prezidenti Hafiz Məmmədovun şəriki Azad Abdullayevin oğlu Rüfət Abdullayevin olması barədə məlumat yaysa da, Avtosfer.az saytının apardığı araşdırmalar zamanı başqa məqamlar ortaya çıxıb. Məlum olub ki, hadisə baş verərkən Rəşid Behbudov küçəsi ilə hərəkətdə olan “Maserati” dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Çünki avtomobil sürətlə hərəkət edirmiş. Dönərkən avtomobilin arxası sürüşərək səkiyə çırpılıb. Maşın səkinin üstünə çıxıb. Sürücü avtomobildən düşən kimi yanğın başlayıb. Bahalı avtomobilin yandığını görən sürücü heç bir müdaxilə edə bilməyib və oradan uzaqlaşıb. Bir qədər sonra avtomobildə güclü partlayış baş verib və alovlanıb. Fotodan da göründüyü kimi, avtomobil yanaraq tam yararsız vəziyyətə düşüb.
Əldə etdiyimiz məlumata görə, həmin avtomobil Azad Abdullayevin oğlu Rüfət Abdullayevin adına qeydiyyata olsa da, əslində, «Hafka»nın oğlu Kənan Məmmədova məxsusdur və onun şəxsi avtomobilidir. Rüfətlə Kənanın yaxın dost olduqları bildirilir. Hadisə baş verərkən sükan arxasında da elə Kənan özü olub. Ümumiyyətlə, «Hafka»nın ailə üzvlərinin, eləcə də yaxınlarının əksəriyyətində avtomobillərin seriyası «010»dur. Kənan Məmmədovun yanıb kül olan «Maserati»sinin də nömrə nişanı 10 LL 010-dur. Həmin nömrə ayrı-ayrı vaxtlarda "BMW» və «Range Rover» markalı avtomobillərə vurulub.
Avtosfer.az saytının məlumatına görə, Məmmədovlar ailəsi Kənanın belə ağır qəzadan sağ qurtulmasına sevinir. Çünki bu cür qəzalarda «Maserati» tipli maşınların qapılarının qəflətən kilidlənmə ehtimalı var. Xoşbəxtlikdən bu qəzada belə bir təhlükə yaşanmayıb. Bundan başqa, məlumata görə, sözügedən avtomobil sığortalı olub.
Qeyd edək ki, «Maserati» maşınları işlənmiş və yeni modellərindən asılı olaraq 120 min manatdan 250 min manatadək qiymətə satılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
















