Yaşamağa tələsin, ölümə yox; dəhşətli qəzaların VİDEOsu

Bu videomaterial Bakıda müxtəlif vaxtlarda baş vermiş yol qəzalarının görüntüləridir. Gördüyünüz kimi, qəzalarda üstünlüyü piyadavurmalar təşkil edir və əksər hallarda da valideyn diqqətsizliyi ucbatından uşaqlar yol qəzalarının qurbanı olurlar. Bəzən isə həm sürücülər, həm də piyadalar tələskənliyə yol verib yollarımızı qana boyayırlar. Gəlin bu görüntülərə diqqətlə baxaq, özümüzü və ətrafdakıları qoruyaq. Ölməyə yox, yaşamağa tələsək…
Yeri gəlmişkən, Avtosfer.az saytı xəbər verir ki, Azərbaycanda 2014-cü ilin ilk 4 ayı ərzində (yanvar-aprel) 735 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 313 nəfər ölüb, 746 nəfər yaralanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 169 fakt, ölənlərin sayı 26, yaralıların sayı 237 nəfər azalıb. Hadisələrin çoxu yenə də piyadaların vurulması ilə bağlıdır. Bu, ümumi qəzaların 40,6 faizini təşkil edir. Belə ki, 299 piyadavurma nəticəsində 107 nəfər həlak olub, 215 nəfər xəsarət alıb. Ötmə qaydalarının pozulması və qarşı hərəkət zolağına çıxma nəticəsində 229 hadisə baş verib. Bu, ümumi qəzaların 31,1 faizini təşkil edib. Nəticədə 88 nəfər ölüb, 283 nəfər yaralanıb. Sürət həddinin aşılması səbəbindən 209 yol qəzası qeydə alınıb. Nəticədə 112 nəfər ölüb, 167 nəfər yaralanıb. Qəzaların 20-si sərxoş sürücülər tərəfindən törədilib. Bu zaman 8 nəfər ölüb, 25 nəfər yaralanıb. Hadisələrdə 21 azyaşlı ölüb, 47 uşaq isə yaralanıb. Bu, ötən ilin müvafiq döbrü ilə müqayisədə 2 ölüm, 41 yaralanma faktı az deməkdir. Yük avtomobillərinin iştirakı ilə 38 hadisə baş verib, 15 nəfər ölüb, 47 nəfər yaralanıb. Avtobusların iştirakı ilə isə 25 yol qəzası qeydə alınıb. Nəticədə 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Kürdəmirdə zəncirvari yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO
Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, xəsarət alanlar var - FOTO - VİDEO
Bakıda zəncirvari qəza; 3 maşın toqquşdu - FOTOLAR
Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR
Bu ilin 6 ayı ərzində baş verən 533 qəzada 285 nəfər ölüb – RƏSMİ AÇIQLAMA
Buğda zəmisindəki yanğın qəzaya səbəb oldu; 12 nəqliyyat vasitəsi toqquşdu - VİDEO
BMW işıq dirəyinə çırpılıb aşdı - Neftçalada ağır qəza - VİDEO
23 yaşlı qız gölə yuvarlanan avtomobildə boğuldu - FOTO
İdarəetmədən çıxan “Mercedes” su kanalına düşdü - VİDEO
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı - VİDEO
Mingəçevirdə yük və minik avtomobilləri toqquşdu - VİDEO




















