Yevlaxda qəza zamanı bir ailənin 5 üzvü xəsarət alıb - YENİLƏNİB

Yevlaxda baş verən qəza zamanı xəsarət alanların adları açıqlanıb.
Avtosfer.az xəbər verir ki, iki “Toyota” markalı avtomobilin toqquşması nəticəsində Balakən rayon sakinləri 1959-cu il təvəllüdlü Mehriban Əhmədova, qızı 1991-ci il təvəllüdlü Şəhla Əhmədova, nəvələri 2019-cu il təvəllüdlü Elif Əhmədova, 2020-ci il təvəllüdlü Milana Əhmədova, həmçinin 1985-ci il təvəllüdlü Turanə Əhmədova, Bərdə rayon sakinləri Saleh Ağayev və Niyazi Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Yevlaxda iki avtomobilin toqquşması nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Xəsarət almış üç uşaq, üç qadın və iki kişi Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Bir nəfər ağız nahiyəsindən ağır xəsarət aldığından əməliyyata götürülüb, digərlərinin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
(unikal)
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO












