Yol kənarında parklanan avtomobili traktorla əzdilər – VİDEO

Türkiyənin Kayseri şəhərində Suriya vətəndaşının 7 yaşlı qıza təcavüz etməsi videosu ölkədə gündəm olub.
Avtosfer.az xəbər verir ki, Kayseri şəhərinin Melikgazi rayonunda Suriya əsilli 26 yaşlı şəxsin 7 yaşlı əmisi qızına təcavüzü şəhər əhalisinin qəzəbinə səbəb olub. Gecə saatlarında şəhərin küçələrinə axın edən sakinlər suriyalılara məxsus obyekt və evləri, həmçinin yol kənarında parklanan nəqliyyat vasitələrini yandırıblar.
Rayonun Danişmentgazi ərazisində suriyalıya məxsus avtomobil traktorla əzildikdən sonra ərazidən uzaqlaşdırılıb.

Görüntülərdə başqa bir suriyalıya aid yük avtomobilinin də yandırıldığı görünür. Digər görüntüdə isə yenə suriyalılara məxsus motosiklet alovların içinə atılır.
Şəhərdə yaranan vəziyyətlə bağlı hüquq mühafizə orqanları təcili əməliyyatlar keçirib. Azyaşlı dövlətin himayəsinə alınıb. Şəhərdəki dağıntıları törədən 67 nəfər polis tərəfindən həbs edilib.
Səfər Əlizadə
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












