Yol polisi skuterçini qəzadan belə xilas etdi - ANBAAN VİDEO

Yol polisi 4 İyun 2026 12:41
Yol polisi skuterçini qəzadan belə xilas etdi - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın intensiv hərəkətli yollarından birində skuter sürücüsü yol hərəkəti qaydalarını pozaraq hərəkət hissəsindən keçməyə cəhd edib.

Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

"Yaranmış təhlükəli vəziyyəti vaxtında müşahidə edən yol polisi əməkdaşı dərhal müdaxilə edərək sürücünü saxlayıb və mümkün qəzanın qarşısını alıb.

Unutmayaq ki, skuter və digər fərdi hərəkət vasitələrini idarə edən şəxslərin yolun hərəkət hissəsinə çıxması həm onların, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi risk yaradır. Yol polisi tərəfindən görülən bu tədbir bir daha göstərir ki, təhlükəsizliyin təmin olunması bəzən bir saniyəlik düzgün qərardan asılıdır.

Yol polisi mümkün faciəni dayandırdı", - deyə məlumatda qeyd olunub.

Oxunub : 306
ŞƏRH YAZ
Ad

E-mail

Şərh