Yol polisi skuterçini qəzadan belə xilas etdi - ANBAAN VİDEO

Paytaxtın intensiv hərəkətli yollarından birində skuter sürücüsü yol hərəkəti qaydalarını pozaraq hərəkət hissəsindən keçməyə cəhd edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
"Yaranmış təhlükəli vəziyyəti vaxtında müşahidə edən yol polisi əməkdaşı dərhal müdaxilə edərək sürücünü saxlayıb və mümkün qəzanın qarşısını alıb.
Unutmayaq ki, skuter və digər fərdi hərəkət vasitələrini idarə edən şəxslərin yolun hərəkət hissəsinə çıxması həm onların, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi risk yaradır. Yol polisi tərəfindən görülən bu tədbir bir daha göstərir ki, təhlükəsizliyin təmin olunması bəzən bir saniyəlik düzgün qərardan asılıdır.
Yol polisi mümkün faciəni dayandırdı", - deyə məlumatda qeyd olunub.
Ağdaşda qəzaya düşən qardaşların ikincisi də ÖLDÜ
Şirvanda ağır qəza: “VAZ” yük maşını ilə toqquşdu, sürücü yaralandı - VİDEO
Bakıda ağır qəza: Fikri yoldan yayınan sürücü maşını avtobusa çırpdı - VİDEO
Skuterlə qayda pozan gənc qəzaya düşdü; dişləri sındı - VİDEO
Ağdaşda AĞIR QƏZA: ÖLƏN var - YENİLƏNİB
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - ÖLDÜ - VİDEO
Qəzada yaralanan 24 yaşlı Şahin vəfat etdi - FOTO
“Tesla” qarşı yola çıxıb TIR-la toqquşdu; qadın sürücü öldü - VİDEO
Minik avtomobili yük maşınına çırpılıb: Paytaxtda qəza - VİDEO
Novxanı-Pirşağı yolunda “Mercedes” aşdı - VİDEO
Sürəti azaldıb təhlükə yaradan sürücülər qəzaya səbəb oldu - REAL VİDEO










