Yolu keçən xanım piyadanı avtomobil vurdu

Qəzalar 26 Dekabr 2020 11:32
Yolu keçən xanım piyadanı avtomobil vurdu
WhatsApp kanalımıza abunə olun

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Yolu keçən 1971-ci il təvəllüdlü Qocayeva Samirə Telman qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüklərinin sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxunub : 1156
ŞƏRH YAZ
Ad

E-mail

Şərh