Yüksək sürətin nəticəsi: 4 nəfər öldü – FOTOLAR

Rusiyanın Rostov əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 19-da Volqodonsk yaxınlığındakı magistral yolda qeydə alınıb. Bu barədə Rostov vilayətinin Dövlət Yol Müfəttişliyindən bildirilib.
Məlumata görə, 24 yaşlı sürücünün yüksək sürətlə idarə etdiyi “Lada Larqus” markalı minik avtomobil, hələlik məlum olmayan səbəblərdən sürücünün idarəetməsindən çıxaraq yolun əks istiqamətinə hərəkət edib və qarşıdan gələn qoşqulu “Kamaz” markalı yük maşını ilə toqquşub.
Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yol kənarına düşüb. Minik avtomobili isə deformasiyaya uğrayıb.
Nəticədə “Lada”nın sürücüsü və 3 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi açılıb, qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












