Azərbaycanda direktorun oğlu velosipedçini vurub öldürdü - FOTO - YENİLƏNİB

Zaqatalada ölümlə nəticələnən yol qəzası ilə bağlı bəzi faktlar məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, qəzanı törədən Elvin Ömərov Zaqatala rayonu, 3-cü Tala kənd orta məktəbinin direktoru Alimə Qurbanovanın (Ömərova) oğludur.
E.Ömərovun dayısı Habil Qurbanov isə YAP-ın Zaqatala rayon təşkilatının sədridir.
Qəzanın dəqiq başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
***
Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Elvin Ömərovun idarə etdiyi “VAZ 2106” markalı, 10 RA 993 dövlət nömrə nişanlı minik avtomobili velosipedlə hərəkət edən Muğanlı kənd sakinini vurub.
Velosipedçi hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Lent.az
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - ANBAAN VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO















