Azərbaycanda qida məhsulları ilə bağlı növbəti YENİLİK

Qida məhsullarının etiketlərində sağlamlıqla bağlı bəyanların istifadəsi müəyyən tələblərə cavab verməli, istehlakçını çaşdıra biləcək və ya məhsula müalicəvi xüsusiyyətlər aid edən ifadələrdən istifadə edilməməlidir.
Avtosfer.az ajans.az-a istinadən xəbər verir ki, sağlamlıq bəyanı verilən zaman həmin bəyanın aid olduğu nutriyentin və ya digər maddənin qida məhsulunda mövcud olması, olmaması və ya miqdarının azaldılması qidalandırıcı və ya fizioloji təsirə malik olmalıdır.
Həmçinin bu maddə insan orqanizmi tərəfindən mənimsənilən formada olmalı və məhsulun mümkün istehlak miqdarında bəyanla əlaqəli faydanı təmin etməlidir.
Qida məhsullarının etiketində sağlamlıq bəyanları qeyri-müəyyən, yanlış və ya çaşdırıcı olmamalıdır. Belə bəyanlar digər qida məhsullarının təhlükəsizliyi və ya qida dəyəri ilə bağlı şübhə yaratmamalı, məhsulun həddindən artıq istehlakını təşviq etməməli və balanslaşdırılmış qidalanmanın orqanizmin tələbatını ödəmədiyi barədə fikir formalaşdırmamalıdır.
Eyni zamanda, etiketlərdə orqanizmin funksiyalarının dəyişdirilməsi ilə bağlı istehlakçılarda narahatlıq yarada biləcək yazı, təsvir, qrafik və simvollardan istifadə edilməməlidir. Qida məhsulunun insan xəstəliklərinin qarşısını alması və ya müalicəvi xüsusiyyətlərə malik olması barədə məlumatların verilməsinə də yol verilmir.
Sağlamlıq bəyanları qida məhsulunun istehlaka hazır formasına münasibətdə verilməlidir. Bu bəyanların istifadəsinə yalnız müəyyən edilmiş tələblərə uyğun olduğu hallarda yol verilir.
Sağlamlıq bəyanı istifadə olunan məhsulun etiketində balanslaşdırılmış və çeşidli qidalanmanın sağlamlıq üçün əhəmiyyətini vurğulayan ifadə yerləşdirilməlidir. Bundan əlavə, bəyan edilən faydalı təsirin əldə olunması üçün məhsulun hansı miqdarda istehlak edilməli olduğu və varsa, istehlaka dair xüsusi şərtlər göstərilməlidir.
Məhsulun istehlakının tövsiyə olunmadığı hallar mövcuddursa, bununla bağlı xəbərdarlıq da etiketdə yer almalıdır. Həddindən artıq istehlakın sağlamlığa mənfi təsir göstərə biləcəyi hallarda isə müvafiq xəbərdarlıq yazısı tələb olunur.
Bəzi ifadələrin sağlamlıq bəyanı kimi istifadəsinə isə yol verilmir. Bunlara məhsuldan istifadə edilmədikdə sağlamlığa mənfi təsirlərin olacağını bildirən, bədən çəkisinin konkret azalma dərəcəsinə və ya müəyyən müddətdə arıqlamağa istinad edən, eləcə də həkim və ya tibb mütəxəssislərinin tövsiyəsinə əsaslanan ifadələr daxildir.
Ümumi sağlamlıq bəyanları nutriyentin və ya digər maddənin orqanizmin inkişafına və funksiyalarına, psixoloji və davranış funksiyalarına, həmçinin bədən çəkisinə nəzarətə, aclıq hissinin azaldılmasına, toxluq hissinin artırılmasına və ya qida ilə qəbul edilən enerjinin azaldılmasına təsirini bildirə bilər. Bu bəyanlar ümumi qəbul edilmiş elmi sübutlara əsaslanmalı və istehlakçılar tərəfindən anlaşılan olmalıdır.
Sağlamlığa mənfi təsir riskinin azaldılması ilə bağlı bəyan verildikdə isə istehlakçının bunu profilaktik xüsusiyyət kimi başa düşməməsi üçün bəyanın dərhal ardınca müvafiq risk faktorlarına istinad edilməlidir.
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO










