Bakı restoranlarında iftar menyuları - QİYMƏTLƏR

Ramazan ayının gəlişi ilə paytaxtın restoranlarında iftar süfrələri üçün xüsusi menyular təqdim olunur. Hər il olduğu kimi, bu il də müxtəlif qiymət aralığında təkliflər mövcuddur. Restoranlar menyunun tərkibinə uyğun olaraq fərqli seçimlər təqdim edir və qiymətlər 20 manatdan başlayaraq 60 manata qədər dəyişir.
Avtosfer.az xəbər verir ki, "Redaktor.az" mövzu ətrafında restoranlarda iftar menyuları ilə bağlı araşdırma apardı:
"HappyMoons Cafe Baku" restoranında ət menyu 30 manat, toyuq menyu 25 manat, fast food menyu isə 27 manatdır.

"Tavada" restoranında bir nəfərlik iftar menyusu 25 manat təşkil edir.

"Halil İbrahim Sofrası" restoranında bir nəfər üçün iftar qiyməti 29 manatdır.

Daha münasib qiymət təklif edən məkanlardan biri isə "Sədəf" restoranıdır. Burada bir nəfərlik iftar menyusu 20 manata təqdim olunur.

"Əncir" restoranında isə toyuq menyu 28 manat, ət menyu 30 manatdır.

"Başkent" restoranlar şəbəkəsində qiymətlər menyudan asılı olaraq 25 manatdan 60 manata qədər dəyişir.

"Fisincan" restoranında ət menyu 30 manat, toyuq menyu 25 manat, balıq menyu isə 35 manatdır. İki nəfərlik setlər isə 50 manata təklif olunur.

"Mado" restoranlar şəbəkəsində ət menyu 27 manat, toyuq menyu isə 25 manatdır.


"The Gallery Baku" restoranında isə iftar menyularının qiyməti 25 manatdan başlayır.

"Özsüt" restoranlar şəbəkəsində isə, 29-35 manat aralığında dəyişir.



İşləyən pensiyaçılarla bağlı yeni təklif... - Nəyə ehtiyac var?
Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinə birləşdirilə bilərmi? - RƏY
Müəssisə adları Azərbaycan dilinə necə təsir edir? – MÜTƏXƏSSİS
Virtual Həcc animasiyaları savab sayıla bilər? – Din xadimi AÇIQLADI
Yeni xərçəng dərmanı Azərbaycana gətiriləcəkmi? – AÇIQLAMA
Azərbaycanda bəzi qadınlara 500 manat müavinət veriləcək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS











