Bakıda əmlak bazarı çökdü - Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Paytaxtda son günlər baş verən su basmaları əmlak bazarı ilə bağlı yeni narahatlıqlar yaradıb. Onsuz da son dövrlər kəskin şəkildə artan və əlçatmaz həddə çatan mənzil qiymətləri indi başqa bir sual doğurur: bu hadisələr qiymətləri aşağı salacaqmı? Xüsusilə, tez-tez su altında qalan ərazilərdə insanlar artıq daha ehtiyatlı davranmağa başlayıb.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Musavat.com-a şərh verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, paytaxtda əmlak qiymətləri ciddi şəkildə enəcək:
“Onsuz da uzun müddət idi alıcı qıtlığı var idi. Hazırda ümumiyyətlə alıcı yoxdur. Bu da qiyməti salacaq. Su basmaları artıq alıcı davranışına təsir etməyə başlayıb. İnsanlar belə riskli ərazilərdən daha çox çəkinir və bu da həmin yerlərdə mənzillərə tələbatın azalmasına gətirib çıxarır. Nəticədə qiymətlərdə enmə müşahidə oluna bilər. Su basmaların müxtəlif səbəbləri var. Bu, təkcə kanalizasiya sistemlərinin yetərsizliyi, suötürücü xətlərin düzgün qurulmaması ilə bağlı deyil. Həyətyanı ərazilərdə, xüsusilə sənədsiz tikililərin çıxarışı yoxdur. Həmin fərdi evlər rəsmi olaraq yaşayış məntəqəsi kimi tanınmadığından, əkin-biçin üçün nəzərdə tutulduğundan orada kommunikasiya da lazımi səviyyədə qurulmayıb.
Digər mühüm amillərdən biri də şəhərdə aparılan söküntülərdir. Bu proses də alıcılar arasında müəyyən narahatlıq yaradır. İnsanlar ehtiyat edirlər ki, aldıqları ev gələcəkdə sökülə bilər və veriləcək kompensasiya gözləntilərini qarşılamaz. Bundan əlavə, regionda baş verən gərginliklər və müharibə riskləri də psixoloji təsir göstərir. Dünyanın müxtəlif yerlərində baş verən hadisələr, hətta inkişaf etmiş və cəlbedici investisiya mərkəzləri olan ölkələrdə belə qeyri-sabitlik ehtimalı iri maliyyə imkanlarına malik insanlarda da tərəddüd yaradır, psixoloji travma yaradıb ki, eyni hadisə burada da baş verə bilər”.
Qiymətlərin hansı ərazilərdə daha çox enə biləcəyinə gəldikdə, ekspert deyib ki, əsasən Abşeron və Xəzər rayonlarında müşahidə olunacaq:
“Ağ şəhərdə isə yollarda problem olmuşdu, evlərə xəsarət dəyməyib. Belə hallarda qiymətlərə təsir nisbətən zəif olur. Ümumilikdə isə orada tikililərdə satışların az olması da qiymət dəyişikliklərinin kəskin hiss olunmamasına səbəb olur”.
Bakı kartın qiyməti bahalaşdı: Metro və avtobusda gedişhaqqı artacaq?
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə imiş
Bakıda obyekt səkini zəbt etdi - Piyadalar təhlükədə - VİDEO
"Avtobus kəndin içinə girə bilmir" - Sakinlərin yol dərdi - VİDEO
Lazaya leysan yağdı; avtomobil yoluna ciddi ziyan dəydi - FOTOLAR - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Torpaq Məcəlləsində dəyişiklik; Dövlət torpaqları xüsusi mülkiyyətlə dəyişdirilə bilər? - AÇIQLAMA
Baş nazirdən DTX-yə aid qanunla bağlı DƏYİŞİKLİK
"BakıKart" qiyməti bahalaşdı
Bakıda bu ərazinin siması dəyişəcək – yeni binalar, kanat yolları, tramvay... - Söküləcək küçələrin ADLARI
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı










