Bakıda kirayə mənzil qiymətləri yüksəlib – İqtisadçı səbəblərdən danışdı

Bakıda kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur. Şəhərin müxtəlif rayonlarında kirayə qiymətləri əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Xüsusilə mərkəzi ərazilərdə yerləşən mənzillərin qiymətlərində daha böyük artım qeydə alınıb. Bu halda aşağı və orta büdcəli insanlar üçün daha çətin vəziyyət yaradıb. Bəs görəsən kirayə mənzil qiymətlərinin ötən illərlə müqasiyədə bu qədər artmasına səbəb nədir? İqtisadçı Eyyub Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, mənzil qiymətlərinin artmasının müəyyən əsas səbəbləri var. Bu artım daha çox paytaxtın bəzi hissələrində müşahidə olunur. Son iki ayda təxminən 10 faizə yaxın artım qeydə alınıb və bu, əsasən söküntü işləri aparılan rayonlarda baş verir:

"Xüsusilə Nəsimi və Yasamal rayonlarında qiymət artımı daha çox nəzərə çarpır. Digər tərəfdən, bizdə mənzillər daha çox investisiya aləti kimi istifadə olunur. Bir çox insanlar mənzili yaşamaq üçün deyil, alıb kirayəyə vermək və ya qiymət artdıqdan sonra satmaq məqsədilə əldə edirlər. Bu da qiymətlərin yüksəlməsinə ciddi təsir göstərir. Müşahidə etsək görərik ki, bir çox mənzil yaşayış üçün deyil, sadəcə investisiya məqsədilə istifadə olunur. Bu isə süni qiymət artımına səbəb olur. Hesab edirəm ki, bəzi rayonlarda artım daha azdır, lakin daha populyar və tələbatın yüksək olduğu ərazilərdə qiymətlər daha çox artır. Əsasən şəhərin giriş hissələrində də qiymət artımı müşahidə olunur. Məsələn, Şamaxı yolu ətrafı, Yasamal ərazisi və digər bəzi istiqamətlərdə insanlar şəhərin mərkəzinə daxil olmamaq üçün daha çox mənzil almağa üstünlük verirlər. Suraxanı və Xətai kimi bəzi rayonlarda isə artım o qədər də yüksək deyil. Bu istiqamətdə hesab edirəm ki, mənzil fondu artırılmalıdır ki, bazarda rəqabət güclənsin və qiymət artımının qarşısı müəyyən qədər alınsın”.
Fatimə Dadaşova
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO












