Bal istehsal edən və satanların nəzərinə: Yeni qaydalar...

Azərbaycanda bala dair sanitariya norma və qaydaları təsdiq ediləcək.
Avtosfer.az xəbər verir ki, bununla bağlı müvafiq texniki normativ hüquqi akt layihəsi artıq hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
Layihəyə əsasən, filtrlənmiş və bişirmə bal istisna olmaqla bal istehsal edildiyi bölgənin bitki örtüyünə xas xüsusiyyətləri daşıyırsa, məhsulun adının həmin coğrafi bölgənin coğrafi və ya topoqrafik adı ilə birgə yazılmasına yol veriləcək.
Qeyd edək ki, filtrlənmiş bal kənar üzvi və ya qeyri-üzvi maddələrin filtrasiya yolu ilə kənarlaşdırılması vasitəsilə çiçək tozcuğu tərkibi azaldılmış baldır. Bişirmə balı isə sənayedə və ya sonradan emal edilən qida məhsullarının inqrediyenti kimi istifadəsi nəzərdə tutulan, kənar dad və qoxuya malik, qıcqırmağa başlamış, qıcqırmış və ya yüksək temperaturda emal olunmuş bal hesab edilir.(Trend)
İşləyən pensiyaçılarla bağlı yeni təklif... - Nəyə ehtiyac var?
Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinə birləşdirilə bilərmi? - RƏY
Müəssisə adları Azərbaycan dilinə necə təsir edir? – MÜTƏXƏSSİS
Virtual Həcc animasiyaları savab sayıla bilər? – Din xadimi AÇIQLADI
Yeni xərçəng dərmanı Azərbaycana gətiriləcəkmi? – AÇIQLAMA
Azərbaycanda bəzi qadınlara 500 manat müavinət veriləcək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS











