Boş qalan mənzillərə qənim kəsilən oğrular - VİDEO

Boş qalan mənzillərdə oğurluq hadisələri baş verir.
Avtosfer.az AzTV-yə istinadən bildirir ki, söhbət Abşeron rayonunun Şəfəq qəsəbəsi ərazisində inşa edilən yaşayış kompleksindən gedir. Sakinlərin sözlərinə görə, oğurluq halları əsasən hələ təhvil verilməyən, boş qalan mənzillərdə qeydə alınır.
Bu mənzillərə daxil olmaq üçün elə də ciddi maneə yoxdur. Çünki qapılar açıqdır. Mənzərə isə göz önündədir. Sosial evlərdə, məlum olduğu kimi, hər bir mənzil zəruri avadanlıqlarla təchiz edildikdən sonra vətəndaşlara təqdim olunur. Lakin hazırda bəzi mənzillərdə yerləşdirilmiş avadanlıqların çıxarılaraq oğurlandığı bildirilir.
Sakinlər deyirlər ki, birinci və ikinci mərtəbələrdə yerləşən bəzi mənzillər hələ nə paylanılıb, nə də istifadəyə verilib. Onların fikrincə, binaların hər tərəfinə müşahidə kameraları quraşdırılsa, oğurluq hallarının qarşısını almaq mümkün olar.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi bildirib ki, kompleks Abşeron Rayon İcra Hakimiyyəti balansına verilib. Abşeron Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, binalar qurumun balansına keçirilsə də, mənzillərin mülkiyyətçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq qalır.
Yaşayış kompleksində baş verən oğurluq hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilib.
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












